İstanbul Aydın Universitetinin nümayəndələri ADAU-da olub

İstanbul Aydın Universitetinin Magistratura İnstitutunun direktoru, professor Ragıp Kutay Karaca və universitetin Bakı Ofisinin rəhbəri Ceyhun Səfərov Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Qonaqlarla görüşən universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov Aqrar Universitetinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında qonaqlara məlumat verib. Z. Qurbanov ADAU-da Türkiyədən 300-dən çox əcnəbi tələbənin təhsil aldığını deyib.

Görüşdə “qida mühəndisliyi” və “əczaçılıq” ixtisasları üzrə birgə mütəxəssislərin hazırlanması məsələsi də müzakirə olunub.

Ragıp Kutay Karaca Gəncə şəhərinə ilk səfəri çərçivəsində Aqrar Universitetdə olmaqdan məmnunluq duyduğunu diqqətə çatdırıb.

Sonra gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

İstanbul Aydın Universitetinin nümayəndələri ADAU-da olubİstanbul Aydın Universitetinin nümayəndələri ADAU-da olub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.