İsmayıllıda məktəblinin intiharı ilə bağlı YENİ FAKTLAR

İsmayıllıda məktəblinin intiharı ilə bağlı təfərrüat məlum olub.

İsmayıllı rayonu Qurbanəfəndi kənd icra nümayəndəsi Cavad Qarayev Publika.az-a bildirib ki, 8-ci sinif şagiridi Kərimov Hilal Əfqan oğlu odlu silahla atəş açaraq intihar edib: “Güllə çənəsinin sağ tərəfindən girib, uşağın beyni dağılıb. O, hadisə zamanı evdə tək olub”.

İcra nümayəndəsinin sözlərinə görə, oğlan atası ilə qalırdı. Atası işdən gələndə oğlunu ölmüş vəziyyətdə görüb: “Ailənin iki övladı Bakıda oxuyur. Ana da uşaqlarla Bakıda qalır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.