” İsmayıl Xan Ziyadxanov” kitabının oxuculara təqdimat mərasimi keçirilib

Gəncə Regional Mədəniyyət idarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında Ənvər Çingizoğlu və Aydın Ziyadlının müəllifi olduğu ” İsmayıl Xan Ziyadxanov” adlı kitabının oxuculara təqdimat mərasimi oldu.
Tədbir Azərbaycan şəhidlərinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri açan MKS-nin direktor əvəzi Fəridə Qədimova qonaqları salamladıqdan sonra ictimai-siyasi xadim İsmayıl xan Ziyadxanovla bağlı, həmçinin Gəncənin ictimai-siyasi xadimləri ilə bağlı çıxış etdi.
Təqdim olunan “ İsmayıl xan Ziyadxanov” kitabı haqqında oxu zalının müdiri Aidə Abdullayeva iştirakçılara qısa məlumat verdi. 5 fəsil, 147 səhifədən ibarət olan kitabda Rusiya I Dövlət Dumasının nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin qurucularından biri, siyasi və ictimai xadim İsmayıl xan Ziyadxanovun həyat və fəaliyyətindən bəhs olunur.
Təqdimat mərasimində yazıçı, publisist Nüşabə Əsəd Məmmədli, jurnalist, publisist Zakir Muradov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, dramaturq Xəzangül Hüseynova, Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və jurnalistlər birliyinin üzvü, şair-publisist Bəxtiyar Muradov, Gəncə Maarif evi İctimai Birliyinin sədri İmamverdi Vəliyev və gənc araşdırmaçı, tədqiqatçı Kamran Yusifzadə təqdim olunan kitab haqqında, Azərbaycanın ictimai-siyasi xadimləri və onların Azərbaycan tarixində müstəsna rollarından maraqlı çıxış etdilər. Tədbirdə iştirak edən GDU-nun Tarix fakultəsinin tələbələri təqdimatı keçirilən kitabla yaxından tanış olaraq, tədbirdən məmnun qaldıqlarını bildirdilər…
Gəncə Regional Mədəniyyət idarəsinin əməkdaşları tədbir haqqında xoş sözlər söylədilər.
Sonda çıxış edən MKS-nin direktor əvəzi Fəridə Qədimova bütün tədbir iştirakçılarına , xüsusilə kitab haqqında çıxış edənlərə minnətdarlığını bildirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.