İşimizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq

Samux rayon Mədəniyyət Mərkəzi öz işini Mədəniyyət Nazirliyinin göndərdiyi nümunəvi ilin təqvim kitabindan, dövlət təďbirlərindən və eyni zamanda Gəncə Regional Mədəniyyət İdarəsinin ve yerli İcra Hakimiyyətnin göstərişlərindən irəli gələn işlər əsasında həyata keçirir.

Qeyri-maddi irsin qorunması, inkişaf etdirilməsi istiqamətində müxtəlif səpkili tədbirlər keçirilir, milli adət-ənənələrimizi əks etdirən mövzularda mədəniyyət müəssisələrində dəyirmi masalar təşkil olunur. Rayon səviyyəsində keçirilən bayram tədbirlərində və digər əlamətdar günlərdə mədəniyyət işçilərimiz yaxından iştirak edirlər.

Samux  Mədəniyyət Mərkəzində və onun yerlərdəki filiallarında müxtəlif növ dərnəklər fəaliyyət göstərir.Əhalinin asudə vaxtının səmərəli təşkil olunması üçün mədəniyyət ocaqlarında,Mədəniyyət Mərkəzində və onun filiallarında mütamadi olaraq vətənpərvərlik mövzusunda gənclərlə söhbətlər aparılır, bədii özfəaliyyət kollektivlərimiz tez-tez rayon ərazisində olan hərbi hissələrdə xidmət edən hərbiçilərimizin görüşünə gedir, musiqili, əyləncəli konsert proqramları ilə çıxışl edirlər.

Dövlət tədbirlərini rayonumuzda Heydər Əliyev adına  İstirahət parkinda, Heydər Əliyev Mərkəzində Musiqi məktəblərinin kollektivləri ilə birgə keciririk. Ölkə prezidentinin verdiyi sərəncamlara uyğun olaraq şair və yazıçıların, musiqicilərin, aktyorlarin yubileylərini Mədəniyyət Mərkəzində qeyd edirik.

Digər tədbirlər, xalqimizin milli adət-ənənələrinin təbligi, qorunmasi ilə bağli tədbirləri  iş planına daxil edərək həyata keciririk . Çalışırıq ki, bütün tədbirləri hər zaman yığcam məzmunlu , keyfiyyətli şəkildə rayon ictimaiyyətinə təqdim edək.

Rayon Mədəniyyət Mərkəzi 2015- ci ilə qədər Mədəniyyət Evi statusu ilə fəaliyyət göstərmişdir. Həmin dövrdə bizim kollektiv müxtəlif səviyyəli tədbirlərdə yaxından iştirak etmişdir. Buna misal olaraq, Mədəniyyət Mərkəzinin Respublika üzrə kecirilən teatr musabiqəsində (2009) iştirakını qeyd etmək olar. Hər il Ümumrespublika Ailə bayramlarında ardicıl olaraq iştirak etmiş, tədbirdə fəal iştirakımiza görə fəxri fərmanlara layiq görulmüşük. Ulu Öndər Heydər Əliyevin 90 illik yubleyi ilə əlaqədar olaraq keçirilən Ümumrespublika “Xalı- xalça festival”nda Fəxri Diploma layiq görulərək, təşəkkür almışıq. Səmərəli fəaliyyətimiz bu gün də davam etməkdədir.İşimiz daim rayon ictimaiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin diqqət mərkəzindədir.Hər bir zaman onların qayğı və diqqətini hiss etməkdəyik. Bu gün bizim gördüyümüz işlərə nəzər salsaq, bu işdə bütün kollektivin gərgin əməyiini göz qabağına gətirmək çətin olmaz.Kollektivimizin hər bir üzvü Mədəniyyət Mərkəzinin qarşısında duran vəzifələrin icrasında əlindən gələni edir.Əldə etdiyimiz uğurlar onların öz işinə isti münasibəti və gərgin zəhməti sayəsində əldə olunmuşdur.

2018-ci ilin  3- 4 avqustunda ” Bölgələrdən bölgələrə” çərçivəsində Qusar ve Sumqayıt şəhərlərində yaradıcılıq festifalında iştirak etmişik. Milli- mədəni irsimizin qorumasi, təbligi, inkişafi məqsədi ilə hər il Mədəniyyət Mərkəzində və kənd filiallarında musiqili sərgi proqramları, eləcə də milli mətbəximizin təamlarından ibarət xörəkləri sərgiləyirik.

Hal-hazırda mart ayi üçün növbəti planlarımızı həyata keçirmək üçün hazırlaşırıq. Kecirəcəyimiz tədbirlərdə milli- mədəni irsimizi əks etdirən folklor mahnıları və mugamlarımızdan parçalar səsləndiriləcəkdir. Eyni zamanda Aşıq el havalari və mahnıları da proqramımızda yer alacaqdır.

Bütün bunlara rəğmən qeyd etmək istərdim ki, rəsmi dövlət bayramlarını hər il oldugu kimi bu il də böyük coşğunluqla qeyd edəcək, üzərimizə düşən vəzifələrin icrasına bütün gücümüzü sərf edəcəyik.

Biz hər il yerli Icra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin göstərişi ilə “N” saylı hərbi hissələrdə olur, əsgərlərlə bayram sevincimizi bölüşürük.Bu il Novruz bayramı münasibətilə təşkil ediləcək tədbirlərdə Mədəniyyət Mərkəzinin kollektivi də “N” saylı hərbi hissədə olacaq və yeni məzmun və formada hazırlanan tədbirlər planına start verəcəyik. Ümid edirik ki, hər il olduğu kimi bu il də hazırladığımız konsert proqramları əsgərlərimizi sevindirəcək və  onların könlünü oxşayacaqdır.

İşimiz daim rəhbərlik tərəfindən qiymətləndirilir.  Bütün bunları aldığımız fəxri fərmanlar da təsdiq edir.

 Gördüyümüz bütün bu işlər Mədəniyyət Mərkəzinin fəaliyyətinə tam uyğun gəlir. Dram, folklor dərnəklərinin üzvləri  Mədəniyyət Mərkəzinin illik iş planına uyğun olaraq işini milli mədəniyyətimizin tələbləri çərçivəsində qurur, öz işi ilə daim ictimaiyyətin rəğbətini qazanmaqdadır.

 

 

Şəlalə Tağıyeva, Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin direktoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.