İşə bax-Kürdəmirdə COVİD-19 xəstəsi aptekdə dərman satırmış…

Gündə bir xəbər eşitməsən, qulaq kar olar, deyiblər. Bir neçə bundan öncə Masallıda bir qəssab koronavirus xəstəsi çıxdı. İndi də Kürdəmirdə aptek satıcısı… Daha nə qədər həyatımızla oynayan xəstə satıcılar var, olacaq və həyatımıza, sağlamlığımıza təhlükə yaradacaq?.. 

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə koronavirus xəstəsinin rayonda yerləşən baytarlıq aptekində satışla məşğul olması və yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub.

Məlumata görə, Kürdəmir şəhər sakini Nazim Rəhimovun COVID-19 testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, qaydalar izah olunub və qoyulan tələblərə riayət etməsi tapşırılıb. Rəhimov Nazim qaydaları pozmaqla rayon ərazisində yerləşən baytarlıq aptekində dərman satışı ilə məşğul olmaqla olduğu ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb.

O, rayon ərazisində baytarlıq aptekində satışla məşğul olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Hazırda Kürdəmir rayon Polis Şöbəsində Rəhimov Nazim barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.