Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski hesab edir ki, ölkə hakimiyyəti Rusiya Kommunist Partiyasının rəhbəri Gennadi Züqanovu, “Ədalətli Rusiya” Partiyasının həmsədrləri Sergey Mironovu və Zaxar Prilepini həbs etməlidir.
Bu barədə lenta.ru məlumat yayıb.
Jirinovsk “Solçu partiyaları eşelonlarla Sibirə” göndərməyə, “kommunizm” və “sosializm” sözlərini qadağan etməyə çağırıb.
Rusiyalı siyasətçinin sözlərinə görə, bu cür tədbirlər solçu partiyalara “bizim onlardan daha sərt olduğumuzu göstərmək üçün lazımdır”.
Xatırladaq ki, RLDP lideri bir müddət əvvəl Kommunist Partiyasının fəaliyyətini dayandırmağa və onu “qarşısına mövcud hakimiyyəti devirmək və hansısa cəmiyyət qurmaq məqsədi qoyan” partiya kimi dövlət əleyhinə birliklərin reyestrinə daxil etməyə çağırmışdı.