Bu fikirlər Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “Azərbaycanın pambıq istehsalında pambığın zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirlərinin tətbiqi” mözvusunzda keçirilən elmi praktiki seminarda səsləndirilib.
Seminarda ADAU-nun rektoru AMEA-nın müxbir üzvi prof. İbrahim Cəfərov, KTN-nin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Əkbər Abbasov,AQTİ –nın İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev,Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Şükür Əhmədov, Kənd Təsərrüfatı Rəqabət Qabilliyyətinin Gücləndirilməsi Lahiyəsinin direktoru Anar Əzimov, lahiyənin bitki sağlamlığı üzrə mütəxəssisi ADAU-nin dos. Nəzakət İsmayılzadə, BM və TBETİ-nin Abşeron TS-nın direktoru Cəbrayıl Ağayev,Yevlax,Tərtər,Goranboy,Samux,Göygöl, Beyləqan rayonundan olan fermerlər,DAİM-in nümayəndələri ,ADAU –nin və BM vəTBETİ-nin alimləri iştirak ediblər.
Elmi –praktiki seminarı açıq elan edən institutun direktoru s.i.e Elçin Xəlilov seminar iştirakçılarına Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə əməkdaşlığı və onun əhəmiyyətindən danışıb. O ,həmçinin institutun əməkdaşlıq etdiyi digər lahiyələr haqqında da məlumat verib.
Seminarda çıxış edən ADAU-nun rektoru AMEA-nın müxbir üzvi prof. İbrahim Cəfərov kənd təsərrüfatında bitki mühafizəsinin rolundan danışıb.
AQTİ –nın İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev inteqrir mübarizənin əsas elemetleri və təbii tənzimləmə amillərinin nəzərə alınması yolu ilə bütün mühafizə üsullarından istifadə haqqında məruzə edib.
Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Şükür Əhmədov isə çıxışında “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planlarında Əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə İnteqrir mübarizə sistemlərinin hazırlanması və tətbiqinə dair tədbirlərin həyata keçirilməsi istiqamətində görülmüş işlər barəsində danışıb və vurğulayıb ki, artıq bir sıra bitkilər üzrə İnteqrir bitki mühafizəsi tədbirləri sisteminin ilkin variantları hazırlanıb.
BM və TBETİ-nin Abşeron TS-nın direktoru Cəbrayıl Ağayev 2000-2019-cu illərdə BM və TBETİ-nin Abşeron Təcrübə Stansiyasında bitki zərərverici və xəstəliklərinə qarşı inteqrir mübarizədə tətbiq edilmiş bioloji mübarizə vasitələri və bitki xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizənin əhəmiyyəti və istiqamətləri haqqında tədbir iştirakçılarının məlumatlandırıb.
BM və TBETİ-nin alimi Ələddin Tağıyev Azərbaycanın yerli pambıq sortları barəsində geniş çıxış edərək bu sortların davamlılığının inteqrir mübarizədə rolunu vurğulayıb.
Seminar çərçivəsində tədbir iştirakçıları lahiyənin tətbiq olunduğu sahədə olublar.Pambıq tarlasında fermerlərin inteqrir mübarizə barəsində maraqlandıran sualları cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
—