“Telegram” sosial şəbəkəsində bəzi şəxslərin foto və videolarını paylaşaraq silmək müqabilində pul tələb edən kanalların adminləri saxlanılıblar.
Bu informasiyanı Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Mənbə yazır ki, paytaxt sakinləri Pərviz Qurbanov, Faiq Səfərəliyevvə yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.
Onlar ifadələrində idarə etdikləri “Telegram” kanallarında paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.
Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir.