İnsanlar ilk növbədə virusla mübarizəyə özündən, ailəsindən başlamalıdır

Artıq bir ildən çoxdur koronavirus pandemiyası dünyanı cənginə alıb. Azərbaycan da bu virusa qarşı əhəmiyyətli dərəcədə mübarizə aparan ölkələrdəndir. Dünyanı “ iflic” vəziyyətinə qoyan koronavirusa qarşı nəhayət ki, çarə tapıldı. Dünyanın müxtəlif elm adamları, həkimlər virusa qarşı müxtəlif vaksin icad etdilər. Peyvəndlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölümhallarının qarşısını alan ən təhlükəsiz vasitədir. Hər bir insan öz həyatı təhlükəsinin  nə qədər önəmli və nə qədər məsuliyyətli olmağını  dərk etməlidir. Bir çox hallarda sual olunur ki, xəstəliyə hansı yaş kateqoriyasından olan insanlar  çoxluq  təşkil edir. Lakin xəstəlik yaşa baxmır. Gənc və sağlam insanlar da xəstələnə bilər və həyatı təhlükəsi ola bilər. Təəssüflər olsun ki, son bir il ərzində ,çoxlu sayda cavan və sağlam insanları itirdik. Belə nümunələri həm ölkəmizdə , həm də dünyada şahidi olduq . Bu səbəbdən hər bir vətəndaş qorxulu pandemiyadan yeganə xilas yolunu seçməli , öz həyatını və  ətrafını qorumaq üçün vaksinasiyanın üstünlüklərini anlayışla yanaşmalıdır. Peyvəndlənməyi seçmək yaşamağı seçmək deməkdir.

COVİD-19 səbəbindən dünyanın hər yerində şagird və tələbələrin təhsili məhdudlaşıb. Pandemiya  dövründə bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə də böyük zərbə vurub. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.

Prezident İlham Əliyev 2021-ci ilin aprel ayında nazirlərin iştirakı ilə keçirdiyi iclasda söylədiyi qiymətli fikirləri “ Bizim üçün prioritet məsələ, – mən bunu qeyd etmişəm, bir daha demək istəyirəm,- insanların sağlamlığıdır, insanların həyatıdır və insanların sosial müdafiəsidir”.

Peyvənd milyonlarla insanının ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən  iqtisadi itkilərin azaldılması üçün  yeganə üsuldur. Və bunun nəticəsidir ki, həyata keçirilən önləyici tədbirlər sayəsində yoluxma faizində əhəmiyyətli azalma qeydə alınıb. Aparılan  məhdudiyyətlər və  əhalinin bu qaydalara ciddi riayət etməsi yoluxmada təhlükəli tendensiyanı azaldıb. Bu mərhələni daha da uğurla başa çatması üçün müəyyən bir dövr də diqqətli olmaq tələb olunur.

Ölkəmizin bütün regionlarında olduğu kimi, Masallı rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022 – ci illər üçün Vaksinasiya Strategiyası” na uyğun olaraq COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyası uğurla həyata keçirilir.

44 günlük müharibədə dəmir yumruq tək birləşərək Qələbə qazanıb düşmənə sarsıdıcı zərbələr endirdiyimiz kimi, gəlin bu xəstəliyə yoluxmamaq üçün peyvənd olunaq və qorxulu pandemiya qalib gələk.

Zibeydə Ağayeva,

Masallı rayon sakini, fəal gənc.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.