İnanc yerləri turizm məkanı kimi. Pirlərə inanmaq bizə nə verir?

Sofi Həmid piri 2001-ci ildən ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Ziyarətgah Səngəçal və Umbakı qəsəbələri arasında kiçik dağlarla əhatələnmiş sahədə Qobustan ərazisində yerləşir. Azərbaycana Ərəbistandan gəldiyi fərz edilən Sofi Həmid sufizmin təbliğatçılarından olub, burada da dəfn edilib.

Sofi Həmid pirini ətrafdakı qəbiristanlıqda olan əlvan boyalı məzar daşları məşhurlaşdırıb. Dünyada, bəlkə də, oxşarı olmayan bu məzar daşları öz forma, naxış və rənglərinə görə “sirr dağarcığı” timsalındadır. Sofi Həmid türbəsinə ən çox ana olmaq arzusuyla yaşayan qadınlar gəlir. Pirlərə arzuları həyata keçirən, duaların qəbul olunduğu məkan kimi yanaşmaq nə dərəcədə doğrudur? Dünya praktikasında belə inanc yerləri bəzən turizm mərkəzinə çevrilir.

Etmtv. news məsələ ilə bağlı kulturoloq Aydın Xan Əbilov və yazıçı Həmid Herisçinin fikirlərini “Report”-un hazırladığı videosujetdə təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.