“İmadəddin Nəsimi – 650” adlı tədbir keçirildi

Goranboy rayon Düzqışlaq kənd Uşaq Musiqi Məktəbində Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Tədbiri məktəbin direktoru Kazım İsmayılov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasını bildirdi və dahi şairin həyat və yaradıcılığı barədə ətraflı məlumat verdi. Sonra məktəbin şagird və müəllimlərinin İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim olundu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.