İkinci ali təhsil almaq istəyənlərlərin nəzərinə

İmtahansız ikinci ali təhsil və ixtisasdəyişmə istəyən şəxslər üçün şans yaranıb.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.

O bildirib ki, Bakı Slavyan Universiteti (BSU) 2020-2021-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə ödənişli əsaslarla ikinci ali təhsil və ixtisasdəyişmə proqramları üzrə tələbə qəbulu elan edib.

İkinci ali təhsil və ixtisasartırma üzrə ixtisaslar:

– “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”;
– “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”;
– “Xarici dil müəllimliyi (ingilis, alman, fransız, rus dilləri üzrə)”;
– “İbtidai sinif müəllimliyi” (Azərbaycan və rus bölmələri);
– “Təhsildə sosial-psixoloji xidmət” (Azərbaycan və rus bölmələri);
– “Məktəbəqədər təlim və tərbiyə” (Azərbaycan və rus bölmələri);
– “Beynəlxalq münasibətlər”.

İkinci ali təhsil üzrə təhsil müddəti 3 il, ixtisasartırma üzrə təhsil müddəti 1 ildir.

Tələb olunan sənədlər:
1. Rektorun adına ərizə;
2. Ali təhsil haqqında diplomun surəti;
3. Qiymət vərəqinin surəti;
4. Şəxsiyyət vəsiqəsinin surəti;
5. 4 ədəd fotoşəkil (3×4);
6. İş yerindən arayış;
7. Nikah haqqında şəhadətnamənin surəti;
8. Tərcümeyi-hal.

QEYD: (Diplom və diploma əlavə notarial qaydada təsdiq olunmalıdır).

– IV kurs tələbələri təhsil aldıqları universitetdən diploməvəzi müvəqqəti olaraq arayış təqdim edə bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.