Qarabağ Qazisi Kapitan Ruhin Mikayılovla “Müzəffər Ordumuzun Müzəffəri” adlı görüş keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxananın Oxu zalında IIQarabağ Müharibəsi Qazisi Kapitan Ruhin Mikayılovla “Müzəffər Ordumuzun Müzəffəri” adlı görüş keçirildi.
Tədbirdə ilk olaraq Azərbaycan torpaqları uğrunda həlak olan şəhilərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
II Qarabağ döyüşləri qazisi Ruhin Mikayılovla görüşə AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, AYB-nin baş məsləhətçisi, şairə Aləmzər Əlizadə, şair, dramaturq Sahib İbrahimli, şair İnqilab İsaq, Minayə Abdullayeva, Almaz Yusifqızı, “Novosti Qyandji” qəzetinin əməkdaşı Fatma Cəfərova, Avrasiya Aikido və Cüdo Mərkəzinin texniki meneceri, Gəncə Regional şöbəsinin rəhbəri, 5-ci DAN qara kəmər ustası RaminYusifov, Ruhin Mikayılovun döyüş yoldaşı Ruslan Mərdəliyev, şəhid Qəhrəman Məmmədovun atası Qüdrət Məmmədov, şəhid Orxan Namazovun anası Nailə Məmmədova, qazi Bayram Kərimov, Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika litseyinin direktoru Rəşad Qədirov, yaxın dostları və qohumları qazi Ruhin Mikayılovla bağlı çıxışlar edərək, onda olan mərdlik, cəsarət, vətənə olan bağlılığından, döyüşdə göstərmiş olduğu şücaətindən, həmçinin digər insani keyfiyyətlərində söz açaraq qazimizə bundan sonraki fəaliyyətində sağlam ömür dilədilər.
Gəncə şəhər 17 və 21 saylı məktəbin müəllim və şagir kollektiivi iştirak edərək şagirdlərin ifasında vətənə, ordumuza, qəhrəman qazilərimiz və şəhidlərimizlə bağlı kompozisiya ilə çıxışlar etdilər.
Gəncə şəhər Telman Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbinin musiqiçilərinin ifasında “Şuşanın dağları”, “ Qarabağ şikəstəsi”, “Qarabağ” mahnıları səsləndirildi. Gəncə şəhər F.Əmirov adına 1 saylı Musiqi Məktəbinin saz müəllimi aşıq Saleh Gəncəmizi tərənnüm edən şux musiqi ilə çıxış etdi.
Sonda II Qarabağ Döyüşləri qazisi, kapitan Ruhin Mikayılova söz verildi və qazimiz keçdiyi döyüş yolundan xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Sonda Qazimizlə xatirə şəkilləri çəkdirildi.
Tərifə Abbasova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.