II MDB Oyunlarında 13 ölkə yarışacaq!

III MDB Oyunları çərçivəsində xarici komandalar ölkəmizə gəlir.

Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak edəcək xarici ölkələrin komandaları artıq ölkəmizə gəlməyə başlayıblar. Belə ki, Belarusun stolüstü tennis komandası, Özbəkistanın U-15 futbol yığması və Qazaxıstanın aşağı yaş qruplarından ibarət stolüstü tennis komandası paytaxta gəlib.

Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Yarışların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda təşkil olunacaq.

Onu da qeyd edək ki, Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılacaq. Siyahıya sonradan Kuba da əlavə olunub.

Azərbaycanı 340 idmançı, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240 idmançı təmsil edəcək. Turnir 23 idman növündə 12 məkanda keçiriləcək.

Açılış: 28 sentyabr | Bağlanış: 8 oktyabr

Şəhərlər: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.