26-28 noyabr 2021-ci il tarixlərində Gəncə Dövlət Filarmoniyası Urban Mərkəzində “I Gəncə Kitab Sərgisi” keçiriləcək.
Sərgi Mədəniyyət Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə İctimai İştirakçılıq Məclisinin dəstəyi, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq.
Sərgidə kitablara 50%-dək endirim tətbiq olunacaq, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və bədii proqramları keçirilək.
Qeyd edək ki, “Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edəcək.