Hitler və Mussolinini qapısına gətirən oğullar

Böyük Vətən müharibəsinin bitməsindən artıq 78 il ötür. Amma tarixin bu səhifəsi ilə bağlı yenə də filmlər çəkilir, kitablar yazılır. Məlum və naməlum qəhrəmanlar anılır. İndinin özündə də bu, insanlar üçün ən maraqlı mövzulardan biridir.

1941-ci ilin 22 iyunda Böyük Vətən Müharibəsi başladı. O dövrdə 3,2 milyon nəfər Azərbaycan əhalisinin  500 mindən çox oğul və qızı Qızıl Ordu sıralarında döyüşürdü. Dövri mətbuatda və Sovinformburo hesabatlarında Qırmızı Ordunun o vaxtkı SSRİ-nin qərb sərhəddində – Baltik dənizindən Qara dənizə qədər ərazidə düşmənin hücumunu dayandırmaq üçün son nəfəslərinə kimi düşmənlə mübarizə aparan əsgər və komandirlərinin göstərdiyi rəşadət və qəhrəmanlıq geniş şəkildə işıqlandırılırdı. Belə qəhrəmanlar arasında müstəsna cəsarətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz də çoxdur.

Brest qalasında gedən döyüşlərin necə dəhşətli olduğu 26 avqust 1941-ci il tarixdə qalanın xarabalıqlarında çəkilmiş bir şəkil də şəhadət verir. Hitler və Mussolininin qalada gedən döyüşlərin törətdiyi dağıntıları seyr etməyə gəlməsi burada gedən qəhrəmanlıq dolu döyüşlərin nəticəsi idi. Qalanın sarsılmaz döyüşçüləri öz qəhrəmanlığı ilə bu iki diktatoru “qapısına gətirmişdi”. Sevinirik ki, həmin döyüşçülər arasında azərbaycanlılar da çoxluq təşkil etmişdir.

Brest qalasının müdafiəçilərinin qəhrəmanlığı yalnız yazıçı Sergey Smirnovun inadkar axtarışları sayəsində illər sonra məlum oldu. İnsanlar Brest qarnizonunun ən məşhur müdafiəçilərinin adlarını  ilk dəfə onun ”Brest qalası”  kitabından öyrəndi. Təəssüf ki, bu böyük yazıçının belə əməyində boşluqlar vardır və azərbaycanlı, xüsusilədə müsəlman döyüşçü və komandirlərin qəhrəmanlığını işıqlandırarkən bu rəşadəti öz millətinin övladlarının adına yazmaq kimi pis şakəri olmuşdur.  Nəticəsi də odur ki, indi postsovet məkanında,  Brest qalasının müdafiəsində iştirak edən 44 azərbaycanlının adı geniş oxucu kütləsi üçün hələlik məlum deyil. Onların adları kiçik və yuxarı sinif şagirdləri üçün dərsliklərə, habelə ali məktəblər üçün tarix dərsliklərinə daxil edilməmişdir.

S.S.Smirnovun erməni sevgisi “Brest qalası” kitabında

Brest qalasının azərbaycanlı qəhrəmanlarının adları oxuculardan necə gizlədildi?.. Bu riyakarlığın erməni səbəbkarı

Azərbaycanlılar Brest qalasının müdafiəsində-II yazı

Bu missiya on illər ərzində azərbaycanlı qəhrəmanların axtarışına çıxmış mərd yazıçı və jurnalistlərimizin üzərinə düşmüşdür. Onu da qeyd etmək yerinə düşərdi ki, bu missiya günümüzdə də davam etməkdədir. Həyatın çətinliklərinə baxmayaraq, bizlər hələ də adları naməlum qalmış, yaxud qəhrəmanlığı layiqincə qiymətləndirilməmiş, üstəlik göstərdikləri qəhrəmanlıq və rəşadət digər xalqların övladlarının ayağına yazılmışdır. Bu, əlbəttə ki, biz vətənpərvərləri çox qayğılandırır. Bu səbəbdən biz də vətənpərvər olaraq azərbaycanlı qəhrəmanların axtarışına çıxaraq Brest qalasına səfər etmək qərarına gəlmişik. Bizi uzaq Belorusiya torpağında böyük və şərəfli bir iş gözləyir. Ümid edirik ki, biz bu işin öhdəsindədn də şərəflə gələcəyik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.