Heykəllər üzərindəki yazılar niyə yenilənmir?

Belə ki, Bakıda heykəllər qurulan zaman bu şəxsiyyətlərin fəaliyyətinə dair kiçik də olsa, məlumat qeyd edilməyib.

Sadəcə, Məhəmməd Fizuli – heykəlinin üzərində göstərildiyi kimi. Az qala bütün dünyanını tanıdığı Məhəmməd Fizulinin təqdimata ehtiyacı olmaya bilər, amma, lazımdır. Hətta, vacibdir. Çünki, nə azyaşlı məktəblilərin informasiya toplama imkanı böyüklər qədər geniş, nə ölkəyə təşrif buyuran əcnəbilərin hamısı “Leyli Məcnun” poemasını oxuyub. Yaxud digər məsələ, paytaxtda sovet dönəmində ucaldılan bəzi heykəllərin adları hələ də restovrasiya olunmayıb.

Məhəmməd Məmmədov – Filoloq: “Sovet dövründə yaşamırıq axı, qoy öz dilimizdə olsun”.

Sakin: “Yadigar kimi qalıb, eybi yox, amma, onu dəyişmək lazımdır”.

Mütəxəssislər deyir ki, adın yenilənməməsi heykəlin bəzi hallarda daş abidənin tarixiliyinin qorunması baxımından yolveriləndir. Amma abidənin üzərində, kiçik də olsa, məlumat lövhələri qoyulmalıdır. Təəssüf ki, Bakı şəhərində heç bir heykəl və daş abidənin ətrafında məlumat lövhəsi gözə dəymir.

Sakin: “Həmin o ədib və yazıçının anadan olduğu və vəfat etdiyi tarix, eyni zamanda onun ən məşhur əsərlərinin adı çəkilsə, ölkəmizə gələn turistlərin onlar haqda daha ərtaflı məlumat almasına imkan verəcək”.

Bu lövhələrin ana dili ilə yanaşı, ən populyar xarici dillərin birində, məsələn, ingilis dilində yazılması vacib hesab olunur.

Dünya təcrübəsində abidə qurulanda həsr edildiyi tarixi hadisə və heykəli qurulan şəxsin həyat və fəaliyyətindən bəhs edən məlumatlar da yazılır. Və ya sonradan məlumat lövhlələri əlavə edilir. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətindən deyilir ki, bu cür məlumat lövhələrinin yerləşdirilməsi xidmətin gündəmindədir.

Fariz Hüseynov – xidmətin mətbuat katibi: “Xidmətimiz tərəfindən həmin heykəllərin ətrafında məlumat lövhələrinin qoyulması nəzərdə tutulub. İnanırıq yaxın zamanda bu məsələ öz həllini tapacaq”.

Azinforum.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.