“Heydər Əliyev İli” çərçivəsində Gəncədə Regional Gənclər və Turizm forumu keçirilib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Gəncə Destinasiya Təşkilatının dəstəyi, Gələcək Naminə İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə “I Regional Gənclər və Turizm Forumu” baş tutub.
Forumun açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatları Müşviq Cəfərov və Pərvin Kerimzadə, Gələcək Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasının sədri Azər Əliyev, Vətəndaş Cəmiyyətində Debat ictimai birliyinin sədri Ülviyyə Axundova, Turizm Bloggerləri Assosiasiyanın sədri Azər Qəribov, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov, Skal Baku Turizm Peşəkarları təşkilatının sədri Ceyhun Aşurov, peşəkar alpinist Ramil Lətifoğlu, Milli Yaylaq Festivalının təşkilatçısı Müzadil Zauroğlu, Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyanın idarə heyyətinin sədri Səkinə Babayeva iştirak edib.
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş forumun əsas məqsədi ölkənin turizm potensialından istifadə imkanlarını öyrənmək, regionların sosial-iqtisadi inkişafında gənclərin rolunu artırmaq, yeni ideaların mübadiləsinə və uğurlu təcrübənin tətbiqinə nail olmaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.