“Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsi elan edildi

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tələbələri və Çin dili kurslarının dinləyicilərini “Heydər Əliyevin Çinə tarixi səfəri” mövzusunda inşa müsabiqəsinə dəvət edir.

Müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib.

Müsabiqəyə Azərbaycan, Çin və rus dillərində yazılmış fərdi inşalar qəbul edilir.

Çin dilində olan inşalar qiymətləndirilərkən dil biliyinin səviyyəsi də nəzərə alınacaq.

Müsabiqə iştirakçılarının işləri mayın 1-dək rafabba@yandex.ru elektron poçt ünvanına qəbul edilir. Qaliblər üç dərəcə üzrə diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq, bütün iştirakçılara isə sertifikatlar veriləcək.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib ki, müsabiqənin məqsədi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin öyrənilməsində tələbələrin elmi-tədqiqat potensialını inkişaf etdirməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.