Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli liderimiz Heydər Əliyevin zəngin irsinin təbliği məqsədilə “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda onlayn tədbir keçirilib.
Mərkəzin kiçik elmi işçisi Dursun Əliyeva tədbirdə iştirak edən Gəncə şəhər 27 nömrəli məktəb-liseyin şagirdlərini salamladı, bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və çoxşahəli fəaliyyətində təhsil və bilik xüsusi yer tutur. Dahi rəhbər deyirdi: “Hər kəs öz həyat yoluynan məktəbin, müəllimin insanın həyatında nə kimi rol olduğunu bilir və qiymətləndirməlidir. Mən isə həmişə həyatımda, bütün varlığımla keçdiyim həyat yoluynan, məktəbə borcluyam, müəllimə borcluyam”.
Mərkəzin elmi işçisi Gülər Ellazova çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan təhsilinin hər tərəfli yüksəlişinin qayğısına qalmış, illər boyu bu sahədə böyük inkişafa təkan vermiş sistemli tədbirlər həyata keçirmişdir.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova məlumat verdi ki, təhsil ölkənin beynəlxalq aləmdə rolunu müəyyən edən əsas amillərdən biridir. O maddi-mənəvi dəyərlərin və strateji gücün göstəricisidir. Dahi liderimiz Heydər Əliyevin təhsilə verdiyi qiyməti onun öz sözləri ilə ifadə etmək istəyirəm: “Təhsil millətin gələcəyidir. Hesab edirəm ki, cəmiyyət haradan olursa olsun, nədən olursa olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipal mövqeyimdir”.
Sonda şagirdlərə yeni tədris ilində uğurlar arzulandı.