Heydər Əliyev Azərbaycan mədəniyyətinin ən böyük qayğıkeşi və himayədarıdır

Goranboy rayon Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar «Heydər Əliyev Azərbaycan mədəniyyətinin ən böyük qayğıkeşi və himayədarıdır» mövzusunda mühazirə saatı keçirilmişdir.
Tədbirdə ilk öncə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin məsul işçisi Elgün Aslanov başda olmaqla Goranboy rayon Tarix-Diyarşunaslıq Muzeyinin, Heydər Əliyev Mərkəzinin, Rəsm Qalereyasının, Mərkəzi Kitabxana Sisteminin əməkdaşları iştirak etmişlər.
Tədbirdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi Gündüz Hacıyev, Goranboy rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Adilə Məmmədzadə, metodist Kəmalə Axundova, Mərkəzi Kitabxana Sisteminin direktoru Gülnarə Nəsibova çıxış etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.