Gürcüstan Respublikasının Baş Konsulu Nikoloz İaşvili və Vitse-Konsul Teimuraz Sanadze Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşüb. Görüşdə qonaqlara təhsil müəssisəsinin maddi-texniki bazası barədə ətraflı məlumat verilib, beynəlxalq təhsil əməkdaşlığından danışılıb, tədrisin dünya standartları səviyyəsində qurulması diqqətə çatdırılıb.
Qonaqlar universitetin tədris korpusları ilə tanış olub, bir neçə auditoriyada payız imtahan sessiyasının gedişi ilə maraqlanıb, tələbələrin sosial yaşayış şəraitinə nəzər yetirib, tələbə evlərindəki müasir yaşayışdan razılıqlarını bildiriblər. Qonaqlar ADAU TV internet televiziyasının studiyasında da olub, televiziyanın proqramları ilə maraqlanıblar.