Gültəkin Şirinova U-20 dünya çempionatında bürünc medal qazanıb

Daha bir idmançımız dünya çempionatında bürünc medal sahibi oldu.
Gəncə güləş məktəbinin yetirməsi Gültəkin Şirinova U-20 dünya çempionatında bürünc medal qazanıb.
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş idman növü üzrə U-20 dünya çempionatında Gəncənin yetirməsi Gültəkin Şirinova (50 kq) polşalı Nataliya Valçaka cəmi 1 dəqiqə 10 saniyə ərzində 10:0 hesabıyla qalib gələrək, çempionatın bürünc medalını qazandı.
Onu da qeyd etmək yerinə düşərdi ki, Gültəkin Şirinovanın məşqçi-müəllimi Mehman Allahverdiyevdir.
İdmançılarımızın qazandıqları qələbələr bizi hər zaman sevindirir. Bu münasibətlə  idmançımızı və onun məşqçi-müəllimini təbrik edirik, gələcək yarışlarda daha böyük uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.