Güclü siyasi sabitlik Azərbaycanın uğurlarını möhkəmləndirir

Güclü siyasi sabitlik Azərbaycanın uğurlarını möhkəmləndirir

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Bu ifadə Prezident İlham Əliyevin çıxışlarında hər zaman qırmızı xətt kimi keçir və dövlət başçısı bu fikri əbəs yerə təkrarlamır. Onun fəaliyyətinin əsas məzmunu ilk gündən məhz vətəndaşların yaxşı yaşaması, sosial cəhətdən daha layiqli həyat şəraiti ilə əhatə olunması olub. Cənab Prezidentin Azərbaycana rəhbərlik etdiyi ötən 16 il ərzində məhz Azərbaycan vətəndaşı onun güclü siyasi-iqtisadi və sosial təminatçısı olduğunu daim hiss edib və bu gün də etməkdədir.
Bu günlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirə keçirildi və müşavirədə ölkəmizin uğurlarına və inkişaf yoluna bir daha nəzərə salındı. Həmin tədbirdə əsas diqqət çəkən məqam ondan ibarətdir ki, möhkəm sabitlik və iqtisadi inkişaf yolu ilə inamla irəliləyən Azərbaycan əldə etdiyi möhtəşəm uğurların əsas amili güclü siyasi sabitlikdir. İqtidar və Xalq həmrəyliyidir. Çünki siyasi sabitlik olmayan yerdə iqtisadi sabitlik də olmur.
Azərbaycan dünya birliyinin fəal üzvü və siyasi-iqtisadi-humanitar proseslərin iştirakçısıdır. Respublikamız yerləşdiyi regionda cərəyan edən proseslər isə o qədər tam müsbət məcrada davam etmir. Regionda mürəkkəb ziddiyyətli proseslər gedir, belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət nəticəsində daxili sabitliyi və inkişaf dinamikası daha da möhkəmlənir. Yerləşdiyi regionun iqtisadi və siyasi cəhətdən aparıcı dövlətinə çevrilən Azərbaycan dünya birliyinə fəal inteqrasiya istiqamətində də mühüm addımlar atıb.
Respublikamızın beynəlxalq əlaqələri genişlənir, regional və dünya miqyasında ölkəmizin milli maraqlarını təmin edən praqmatik, qətiyyətli siyasət həyata keçirilibdirAzərbaycanın inkişafının dayanıqlılığının təmin olunmasında ən mühüm amil möhkəm və dönməz sabitliyin qorunub saxlanılmasıdır. Məhz bu kimi amilləri nəzərə aldıqda Azərbaycanın 2019-cu ilin birinci yarısını siyasi və iqtisadi uğurlara başa vurması mühüm hadisə hesab edilə bilər. Yürüdülən uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin edir…

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.