Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mircəlal Paşayev muzeyində göruş – konsert keçirildi. Bəstəkarlar ittifaqının katibi Əməkdar İncəsənət xadimi Sərdar Fərəcov, Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasının mudiru, sənətşunaslıq üzrə elimlər doktoru, professor, Bəstəkarlar İttifaqının üzvü Sevda Qurbanəliyeva, Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədova, bəstəkar İlahə İsrafilova, musiqişunas Turan Məmmədəliyeva, F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, əməkdar artist Elçin Eltiyev, AzərTac – ın Gəncəbasar müxbiri Rauf Hacıyev və başqaları çıxış edərək Azərbaycan Bəstəkarlar İttifaqının 85 illik yubileyinə həsr olunmuş tədbirlərin Gəncədə keçirilməsinin təqdirə layiq olduğunu bildirdilər. Sonra görüş iştirakçılarına konsert proqrmı təqdim olundu. Azərbaycanın dünya şöhrətli bəstəkarlarının Ü. Hacıbəyovun, F. Əmirovun, Niyazının, Q. Qarayevin eləcə də hal – hazırda yaşayıb yaradan bəstəkarlardan Məmməd Cəfərovun, Cəlal Abbasovun, İlahə İsrafilovanın əsərləri. Solistlər Aytən Orucaliyevanın, Fəqan Bədəllinin, Ülvi İsmayilovun, Gülmira Həmzəyevanın ifalarında səsləndi.
Görüş-konsert iştirakçılarda xoş əhval – ruhiyyə yaratdı. Sonda xatirə şəkilləri çəkildi.