Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib

Prezident İlham Əliyevin dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi ilə bağlı müvafiq sərəncamına əsasən Goranboy şəhər Mədəniyyət Evində təntənəli tədbir keçirilib.

Tədbiri açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan mədəniyyətində və ədəbiyyatında özünəməxsusluğu ilə seçilən dahi şair İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini, Nəsimi filminin çəkildiyini və Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən də Nəsimi şəxsiyyətinə, yaradıcılığına ehtiram və diqqətin göstərildiyini diqqətə çatdırıb.

Sonra tədbir rayon Mədəniyyət Evinin və Uşaq İncəsənət Məktəbinin bədii kollektivlərinin və incəsənət ustalarının Nəsimi yaradıcılığına həsr edilmiş konsert proqramı ilə davam etdirilib.

İncəsənət ustalarının çıxışları tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.