Goranboyda “Bu kitabları oxuyun” adlı sərgi keçirilib

S.Vurğun deyib: “Kitabsız bir ömrün nə mənası var”. 
Zəngin mütaliəsi olan insan mənəvi zəngin insan deməkdir. Müasir dövrümüzdə elmin texnikanın, nanotexnologiyanın sürətli inkişafı insanları kitab oxumaqdan uzaqlaşdırıb. Müasir texnologiyaların kitablar üzərində qələbə çaldığı bir dövrdür.
Bəs insanları, xüsusilə də uşaqları kitab oxumağa necə cəlb etmək olar?
Bu sahədə çoxlu sayda fikirlər mövcuddur. Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxanasının işçiləri orijinal üsula əl atıb.
Etmtv.news xəbər verir ki, 24 avqust 2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin işçiləri Heydər Əliyev Parkında kiçik yaşlı uşaqların asudə vaxtının səmərəli keçməsi məqsədilə  “Bu kitabları oxuyun” adlı sərgi təşkil etmişdir.

Sərgidə kiçik yaşlı uşaqlar üçün nağıl kitabları sərgilənib.Kitabxana işçilərinin atdığı addım uşaqlar tərəfindən maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.