Bu gün vətənpərvərlik bütün hisslərimizdən ən yüksəkdə durur. Bunu biz öz əməli işimizlə, verdiyimiz töhfələrlə biruzə veririk. Bu əməllərimiz bizim duyğu, vicdan, sədaqət tərəzimizin mizanıdır. Vətənpərvərlik hisslərinin təzahürü hər kəsin daxili aləminin təzahürüdür.
Vətənə sevgi və bağlılıq ruhumuza, mənəvi dünyamıza hakim kəsilməlidir . Bu, hazırkı durumda biz azərbaycanlılara xüsusilə vacibdir. Bu gün vətən və vətənpərvərlik anlayışlarının mənəvi aspektlərdə təlqini bizə hava, su kimi gərəkdir. Bu xüsusda vətənpərvərlik ruhunu özündə daşıyan ədəbi əsərlər, xüsusilə də şeirlər, xüsusi bir yer tutur. Bu mövzuda istənilən yaradıcılıq növü hər hansı sifariş və ya tələblə yox, ürəklə, istəklə yazılır. Bu, hər bir vətəndaşın, xüsusən də təhsil, mədəniyyət və incəsənət sahəsində çalışan insanların mənəvi borcuna çevrilmişdir. Bu mövzu vətənini, dövlətini sevən insanlar üçün hər zaman gündəmdədir, hər zaman aktualdır və bu mövzuya müraciət edən insanların yaradıcılığının ana xəttini təşkil edir. Ümumilikdə vətənpərvərlik bütövlükdə insanlarımızın, vətəndaşlarımızın ruhunda, canında, qanındadır.
Xalqımızın qələbə sevinci yaşadığı bir zamanda Gəncənin hörmətli pedaqoqlarından olan alovlu şair, vətənpərvər ziyalı İlham Musa oğlu Həsənov Vətən müharibəsində şanlı qələbəmizə həsr etdiyi şeirlərinin bir qismini redaksiyamıza göndərmişdir. Bu şeirlər onun böyük Qələbəmizlə bağlı sevinc hisslərinin ifadəsidir.
Bu şeirlərin bir neçəsini oxuculara təqdim edirik:
Gedək çıxaq, Qarabağa!
Ulu xalqım, Ulu millət.
Səndə vardır, hünər, qeyrət.
Arxanda da durur dövlət,
Hücum çəkək, sola-sağa,
Gedək çıxaq, Qarabağa!
Qarabağdır ürəyimiz,
Qarabağ duz,çörəyimiz.
Xoş müjdəli diləyimiz,
Biz bağlıyıq, bu torpağa,
Gedək çıxaq, Qarabağa!
Yandırağın odumuzu,
Ruhlandıraq, ordumuzu,
Azad edək, yurdumuzu.
Vətən düşsün səs-sorağa
Gedək çıxaq, Qarabağa!
Ermənini susdurağın,
Yediyini qusdurağın,
Birdəfəlik basdırağın,
Hara gəldi,düzə-dağa,
Gedək çıxaq, Qarabağa!
Qanlı döyüş, müharibə,
Düşmənlərə vuraq zərbə,
Yaxınlaşır tam qələbə,
Artıq baxın tək qabağa,
Gedək çıxaq, Qarabağa!
Qürurludur, əsgərimiz,
Al günəşli səhərimiz,
Olmayacaq dərd-sərimiz,
Girməliyik cənnət-bağa,
Gedək çıxaq, Qarabağa!
Şuşa bizim qibləmizdir,
Obamızdır, elimizdir,
Ağzımızda dilimizdir,
Qurban olum, o ocağa,
Gedək çıxaq, Qarabağa!
Paşinyanın qanı batıb,
Az qalıbdır, sonu çatıb,
Bu günədək, o baş qatıb,
Qulağında etsin sırğa,
Gedək çıxaq, Qarabağa!
Fərəhlənir, İlhamımız,
Sevinirik, biz hamımız,
Hər ulduzlu axşamımız,
Dönəcəkdir, çil-çırağa,
Gedək çıxaq, Qarabağa!
Gedək çıxaq, Qarabağa!
İlham Musa oğlu.
Gəncə, 5 oktyabr, 2020.
Qarabağ Azərbaycandır!
(Ali baş komandan, Cənab Prezident İlham Əliyevin dillər əzbəri olan “Qarabağ Azərbaycandır!” sözü xalqın ürəyindən gələn sözdür.)
Qarabağdır taxt-tacımız,
Müqəddəs bir inancımız,
Əldə Misri qılıncımız,
Qarabağ ürəkdir, candır!
Qarabağ Azərbaycandır!
Onun gözəl təbiəti
Xatırladır, lap cənnəti.
Bol ruzisi, bərəkəti.
Qarabağ, dağdır, arandır!
Qarabağ Azərbaycandır!
Cıdır düzü, at oylağı,
Qorxub qaçır, düşmən, yağı,
Unutmarıq bu torpağı,
Qarabağ bir qəhrəmandır!
Qarabağ Azərbaycandır!
Bu amalla vuruşuruq,
Həm sevinir, həm coşuruq,
Yeni-yeni söz qoşuruq,
Məqsədimiz, qana-qandır!
Qarabağ Azərbaycandır!
Yeri, yurdu bağ- bağçadır,
Süfrəsi gen, şən xonçadır,
Hər naxışı, bir fırçadır,
Qarabağ, bizim məkandır!
Qarabağ Azərbaycandır!
Beşiyidir, nəğməmizin,
Şeir dolu sinəmizin,
Ən xoş sözü, kəlməmizin,
Üzeyirdir, Natəvandır!
Qarabağ Azərbaycandır!
Babaların yadigarı,
Xalqımızın dövlət, varı,
İlhamımın iftixarı,
Qarabağa ,can qurbandır!
Qarabağ Azərbaycandır!
Qarabağ Azərbaycandır!
İlham Musa oğlu.
08 noyabr, 2020.
Azərbaycan əsgəri
(Erməni faşizmi üzərində çaldığı tarixi qələbəyə ithaf olunur.)
Gülür torpaq, gülür dağ,
Gözəl diyar, gözəl çağ,
Azad oldu Qarabağ!
Aldıq bu xoş xəbəri!
Azərbaycan əsgəri!
Düşmənləri əzdilər,
Başlarını üzdülər,
Hər əzaba dözdülər,
Daha, dillər əzbəri!
Azərbaycan əsgəri!
Qarabağı aldılar,
Onlara halaldılar!
Cani-dildən çaldılar,
Qalibiyyət zəfəri!
Azərbaycan əsgəri!
Yandılar, sönmədilər,
Bu yoldan dönmədilər,
Əyilib, enmədilər,
Göstərdilər hünəri!
Azərbaycan əsgəri!
Erməni çökdü təmiz,
Həm şərəfsiz, həm qəliz,
Qalib gəldik, sonda biz,
Sevindirdi bəşəri!
Azərbaycan əsgəri!
Qorxu bilməz candılar,
Qəhrəman oğlandılar,
Hər hücumda, andılar,
Ulu Öndər Heydəri!
Azərbaycan əsgəri!
İrəliyə İlhamla!
Düzəldilər, nizamla.
Qaytardılar, inamla,
Hər bir kəndi, şəhəri,
Azərbaycan əsgəri!
Azərbaycan əsgəri!
İlham Musa oğlu.
10 oktyabr, 2020.
Cox gozel seirdir. Seire gore resekkur edirem:).