GDU-NUN TƏLƏBƏSİ ŞOTOKAN DÜNYA ÇEMPİONATINDA FƏXRİ KÜRSÜYƏ YÜKSƏLİB

Rumıniyanın paytaxtı Buxarest şəhərində mayın 24-dən 26-dək keçirilmiş 10-cu Şotokan Dünya Çempionatında Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin 4-cü kurs tələbəsi Cəlal Əliyev də iştirak edib.

Dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi, Avropa ikincisi olan idmançı bu dəfə karate-do idman növü üzrə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bu münasibətlə  Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov idmançını təbrik edib.

Bildirilib ki, Gəncə Dövlət Universiteti özünün çoxillik elm-təhsil ənənələri üzərində formalaşan və inkişaf edən ali təhsil müəssisəsidir. Universitet kollektivi respublikamızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatının bütün sahələrində  baş vermiş dinamik inkişafa özünün töhfəsini vermək üçün böyük səylə çalışır.

Məhz buna görədir ki, Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın bu uğurlarının artırılması üçün Gəncə Dövlət Universitetində idmanın inkişafına diqqət göstərilib və əlverişli şərait yaradılıb. Göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın idman şərəfinin qorunmasında bu universitetin tələbələri də bir sıra uğurlara imza atıb.

Vaxtilə universitetin tələbələri olmuş bir çox Avropa və Dünya çempionları kimi Cəlal Əliyevin də daha böyük uğurlara imza atacağına inamını ifadə edən rektor idmançıya ölkəmizdə idmanın inkişafına naminə gələcək karyerasında müvəffəqiyyət arzulayıb.

Sonda rektor Fəxri fərmanı və pul mükafatını idmançıya təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.