GDU-nun TƏHSİL HAQQI ÖDƏNİŞİNDƏN AZAD EDİLƏN BAKALAVRLARIN NƏZƏRİNƏ!

Gəncə Dövlət Universitetinin magistratura səviyyəsinə 2020/2021-ci tədris ili üçün qəbul olunmuş bakalvrların qeydiyyatı “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə  ilə tətbiq edilən karantin rejiminə görə online qaydada aparılması nəzərdə tutulub. Online qeydiyyat zamanı təhsil haqqını ödəməkdən azad edilmək üçün aşağıda qeyd edilən sənədlərin şəklini çəkib 0503884491 WhatsApp nömrəsinə göndərmək lazımdır. Sənədlərin şəkli səliqəli çəkilməli və oxunan olmalıdır.

Məcburi köçkünlər:

1) Məcburi köçkün vəsiqəsi;

2) Şəxsiyyət vəsiqəsi;

3) Rayon (şəhər) icra hakimiyyətində yaradılmış «Qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi»nin yerli nümayəndəsindən arayış;

Valideyn himayəsindən məhrum olmuş şəxslər:

1) Tələbənin valideyninin (atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi;

2) Himayəyə və qəyyumluğa verilmə barədə icra hakimyyəti başçısının qərarı;

3) Nigah haqqında şəhadətnamə (valideynlərinin);

4) Ölüm haqqında (atasının və ya anasının) şəhadətnamə;

5) Tələbənin doğum haqqında şəhadətnaməsi;

6) I və ya II qrup əlil olan şəxsin (atasının və ya anasının) əlillik vəsiqəsi;

7) TSEK-in əlillik verilməsi barədə arayışı;

8) Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

9) Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:

  1. Tələbənin valideyninin (atasının və ya anasının) və özünün şəxsiyyət vəsiqəsi (əsli və surəti);
  2. Tələbənin doğum haqqında şəhadətnaməsi;
  3. Əlil olan şəxsin (atasının və ya anasının) əlillik vəsiqəsi;
  4. TSEK-in (VTEK) – əlillik verilməsi barədə arayışı; –Arayışda -Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almışdır – qeyd olunmalıdır.
  5. Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)
  6. Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.

Şəhid ailəsi üzvü:

1) Şəhid ailəsi vəsiqəsi;

2) Hərbi komissarlıqdan arayış;

3) Tələbənin və valideyninin şəxsiyyət vəsiqəsi;

4) Nigah şəhadətnaməsi;

5) Atasının (anasının) ölüm haqqında şəhadətnaməsi;

6) Tələbənin doğum haqqında şəhadətnaməsi;

7) Bütün sənədlərin surətləri notarial qaydada təsdiq olunmalıdır.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək, habelə I və II dərəcə əlilliyi oln şəxslər

  1. Şəxsiyyət vəsiqəsi
  2. TSEK-in əlillik verilməsi barədə arayışı
  3. Əlil olan şəxsin (I və ya İİ qrup) əlillik vəsiqəsi
  4.   Şəhər və ya rayon DSMF – dan arayış; (əlillik barədə)

    Qeyd:

  1. Təhsil haqqını ödəməkdən azad edilmək üçün yuxarıda qeyd edilən sənədlərin sürətini notarial qaydada təsdiq etdirməli, Sizə uyğun ərizə formasını doldurmalı, imza etməli və iki həftə müddətində poçt vasitəsilə Universitetə göndərməlisiniz. Əks halda təhsil haqqını ödəməkdən azad edilməyə bilərsiniz.
    1. Sizin təhsil haqqını ödəməkdən azad edilməyiniz üçün Universitetlə müqavilə bağlamalısınız. Müqavilə Universitet tərəfindən təsdiq olunaraq şəkli çəkiləcək və Sizə göndəriləcək. Müqaviləni çap edərək imza etməyiniz və şəklini çəkərək 0503186558 WhatsApp nömrəsinə göndərməyiniz tələb olunur. Əks halda təhsil haqqını ödəməkdən azad edilməyə bilərsiniz.

Standart ərizə formalarını buradan əldə edə bilərsiniz

TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİNDƏN AZADETMƏ KOMİSSİYASI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.