GDU-da qara piara xidmət edən qüvvələr-onlar kimdir?

Qara piar! Bir çox insanlar həmişə sual verirlər: Qara piar nə deməkdir? Bəlkə bu məlumat təqtimatını optimallaşdırmaq üçün müasir bir medoddur, bəlkə təşviqatdır, bəlkə böhtandır, ya təhqirdir, məşhurlaşma yoludur və yaxud da başqamı bir şeydir?

Bu terminin ortaya çıxdığı ilkin dövrlər «ictimai maraqlar naminə fəaliyyət» mənasında işlənilirmiş. Çox keçmədən bu terminə «öz xeyri üçün insanların yanaşmasının və davranışının dəyişdirilməsinə istiqamətlənmiş, ictimai fikrə əlaqələndirilmiş hərəkətlər kompleksi ilə təsiretmə» kimi tərif də verilmişdir. Hal-hazırda ölkəmizdə bu termin ikinci mənada işlənir.

Qeyd etmək lazımdır ki, həmişə kütləfi informasiya vasitələri ən güclü PR aləti kimi çıxış etmişlər. Və bu səbəbdəndir ki, bu sahədə çalışanların əksəriyyəti vaxtilə jurnalist olmuşlar.

Adətən, nəyinsə və yaxud da kiminsə PR kampaniyasını aparmaq üçün məsələnin lap bünövrəsindən işə başlayırlar: nəyəsə  bir ad (brend, maraqlı ifadə və s.) verməkdən başlamış, cəmiyyətdə bu şeyi populyarlaşdırmağa, insanların bu şeyə müsbət yanaşmasını təmin etməyə qədər, yəni adamların təfəkküründə bunun bir nömrəli bir şey kimi olmasını təmin etməyə qədər iş gedir.

Hal-hazırda Qara piarın müasir formaları KİV-lər vasitəsilə həyata keçirilməkdədir. İntriqa, donosbazlıq, araqarışdırmaçılıq fəaliyyəti kütləvi informasiya vasitələrinin əli ilə həyata keçirilir, qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün müxtəlif istiqamətlərə məxsus olan mütəxəssisləri işə cəlb edirlər. Bu yolla bir çox insanlar PR-ın xidmətindən özlərinin mənafeyi üçün istifadə etmiş olurlar.

Belə xarakterli silsiə yazılardan biri də Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyevə həsr olunmuşdur.

Onun haqqında bir çox saytlarda rast gəldiyim bu xarakterli məqalələr heç də savadsız hazırlanmamışdır. Lakin həqiqət hardadır? Alimin həyatının göstəriciləri olan əsərlərdə, həyati fəaliyyətində, yoxsa, kiminsə sifarişinə və kiminsə maraqlarına xidmət edən qondarma “fakt”larda?

Bu məqalələri oxuduqdan sonra onun haqqında kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə informasiya axtarışına çıxdıq. Yaxından tanıdığım bu insanın obrazı internet səhifəsində verilən yazı və videogörüntülərdə yenidən canlandı və mən heç özümün də onun haqqında dərin məlumata malik olmadığımı anlamalı oldum.

İlk öncə Kəpəz TV-nin onun haqqında hazırladığı anons xarakterli yazı diqqət çəkdi:

-“Bu səhər”in budəfəki qonağı Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı, pedaqoqika üzrə fəlsəfə doktoru, dosent, şair Bayram Apoyevdir.

Bayram Apoyev GDU-nun Azərbaycan təhsilinə verdiyi töhfələrdən, tələbələrin cəmiyyətə yararlı vətəndaş kimi yetişmələrində universitet, ali təhsil amilinin önəmindən danışdı. Bayram müəllim Nizami Gəncəvinin əsərləri əsasında dahi şairin yaradıcılığındakı pedaqoji fikirlərə istinad edərək, elmi əsər, dərslik müəllifidir. Qonağımız eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. Sevgi və vətənpərvərlik mövzulu şeirləri oxucuların marağına səbəb olur. Alim gələcək planlarından danışarkən Nizami irsinə yenə də müraciət edəcəyini vurğuladı. Nizami dəryasının onun yaradıclığında daim önəm və əhimiyyət kəs edəcəyini bildirdi.”

Daha sonra eyni adlı kanalın hazırladığı “Bayram Apoyevin 3-cü kitabı çapdan çıxıb” başlıqlı videomaterialı izləməli olduq. Onu sizlərə də təqdim edirik!

Bəs hörmətli yazarlar onun şair, tədqiqatçı-alim olduğunu niyə unudublar? Axı, Vikipediyada da onun həyat və fəaliyyəti barədə geniş  məlumat verilib.

-B.F.Apoyev 15 aprel 1957-ci ildə Goranboy rayonunun Cinli-Boluslu kəndində anadan olmuşdur. 1978-ci ildə V.İ.Lenin adına APİ-ni ( indi ADPU), 1988-ci ildə Azərb. ETPEİ –nin ( İndi Təhsil Problemləri İnstitutu ) aspiranturasının əyani şöbəsini bitirmişdir. 1989-cu ildə “ İbtidai siniflərdə diyarşünaslıqdan istifadənin təlimin keyfiyyətinə təsiri ” mövzusunda dissertasiya müdafiə edərək, pedaqoji elmlər nazmizədi alimlik dərəcəsi, 1995-ci ildə “ Dosent ” elmi adı almışdır.

1991-ci ildə GDU-nun Pedaqogika kafedrasına müsabiqə yolu ilə müəllim, 1993-cü ildə baş müəllim, 1994-cü ildə dosent vəzifəsinə seçilmişdir. 2007-ci ildən dekan işləyir. 2011-ci ildə yenidən həmin vəzifəyə seçilmişdir.

GDU-nun doktorantı olan B.Apoyev 70-dən yuxarı elmi əsərin, o cümlədən 22 adda kitab və kitabçanın, 100-dən yuxarı qəzet məqaləsinin müəllifidir. “N. Gəncəvinin pedaqoji ideyalar sistemi ” mövzusunda doktorluq dissertasiyası müdafiəyə hazırdır.

Bəs alimin müəllifi olduğu kitablar bu yazılarda niyə sadalanmır?

Nizami Gəncəvi irisindən pedaqoji prosesdə istifadə işinin sistemi.-Dərs vəsaiti- Bakı:“ Mütərcim ” , 2012;  Nizami Gəncəvinin pedaqoji fikirləri. Monoqrafiya.-Bakı.2008; Azərbaycan Respublikasının coğrafiyası. 8/9-cu siniflər üçün dərslik (B. Budaqovla birgə )- “ Maarif ”,1991; Müşahidə gündəliyi. IV sinif dərs vəsaiti.- “ Maarif ”,1989; Azərbaycanca – kürdcə danışıq kitabçası.- “ Azərnəşr ”,1994; Məktəb coğrafiyasında toponimlərin öyrənilməsi . Metodik tövsiyə. – Bakı, 1984; İbtidai siniflərdə doğma təbiətin öyrənilməsinin forma və yolları. Metodik tövsiyə.-Bakı,1987; İbtidai siniflərdə oxu təlimi prosesində diyarşünaslıq prinsipinin tətbiqi yolları. Metodik tövsiyə.- Bakı, 1988; On birillik məktəbin IV sinfində təbiətşünaslıq təliminin təşkili. Metodik tövsiyə.- Bakı,1988; Şagirdlərdə milli mənlik şüurunun formalaşdırılması yolları.Metodik tövsiyə.- Gəncə,1994; Ekoloji tərbiyədə xalq pedaqogikası nümunələrindən istifadə. Metodik tövsiyə.- Gəncə, 1995; On birillik məktəbin III sinfində təbiətşünaslıq təliminin təşkili. Metodik tövsiyə.- Bakı,1988.

Onlara donos ötürənlər bu qədər kitab müəllifidirlərmi? Bəlkə, qayıdıb o məktub müəlliflərindən bir də soruşsunlar… Yoxsa onların alimliyi  yalnız aşağılamaq  üçün hədəf götürülən insanlar barədə saytlara  məktublar  yazmağa çatır?

Bəs yazılan məqalələrdə alimin bu elmi araşdırılmaları niyə sadalanmır? Məqalələrin məzmunu sanki bu yazıları oxuyan insanların gözləri önündə hansısa bir mənfi obrazın canlandırılmasına xidmət edir.

Çox maraqlı məqamlardır. Bunu alimdən almağı planlaşdırdığımız  müsahibədə aydınlaşdırmağa çalışacağıq.

Mövzuya qayıdacağıq.

 Ruhulla Zahidov, yazıçı-jurnalist

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.