GDU-DA EKSPERTLƏRİN XARİCDƏ TƏHSİL ÜZRƏ TƏQDİMATLARI KEÇİRİLMİŞDİR

GDU-da baş tutan görüşdə Azərbaycanda fəaliyyət göstərən Milli Erasmus + Ofisinin rəhbəri Pərviz Bağırov, monitorinq və məlumatlandırma üzrə məsul şəxs Zəfər Həsənov Azərbaycan üzrə beynəlxalq arenada təhsil imkanları, Avropa İttifaqının Erasmus + programı çərçivəsində fəaliyyət, xaricdə təhsil və Avropa tərəfindən yeni açılacaq təhsil imkanları haqqında təqdimatlarla çıxış etmişlər.
Görüşdə  həmçinin “Jean Monnet” proqramına müraciət qaydaları və sənədləşmə ilə əlaqədar məlumatlar verilmişdir. Bildirmişlər ki, Avropa İttifaqının yeni açılacaq 2017-2021-ci illəri əhatə edəcək təhsil proqramlarında yeniliklər və maliyyə imkanları artırılacaqdır.
Tədbirdə Gəncə Dövlət Universiteti ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin beynəlxalq sahədə fəaliyyət göstərən əməkdaşları da iştirak etdilər.
Tədbirin sonunda qonaqları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.