Gənclər və idman naziri Fərid Qayıbov Gəncədə olub

Azərbaycan Respublikasının Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhərinə səfər edib. O, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb, burada fəaliyyət göstərən bir sıra idman müəssisələrinə, o cümlədən Gəncə Gənclər Evinə baş çəkib.
Gənclər və idman naziri öncə Gəncə Olimpia Komplkesinin vəziyyəti ilə tanış olub, daha sonra tikintisi davam edən Gəncə İdman Sarayında işlərin gedişatı ilə maraqlanıb. Niyazi Bayramov burada görülən işlərlə bağlı Fərid Qayıbova məlumat verib. Bildirib ki, ikimərtəbəli Gəncə İdman Sarayında böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.
Gənclər və idman naziri daha sonra Gəncə Gənclər Evinə gəlib. Gənclər evinin binası ilə tanışlıqdan sonra, Fərid Qayıbova buradakı dərnəklərin fəaliyyəti barədə məlumat verilib. O, Gəncə Gənclər Evinin kollektivi və könüllüləri ilə də görüşüb.
Qeyd edək ki, Gənclər və idman naziri Fərid Qayıbov Gəncəyə səfər etməzdən öncə, Tovuz rayonunda olub. Burada o, Gəncə şəhərinin, Ağstafa, Göygöl, Ucar, Şəmkir, Goranboy, Qazax və Tovuz rayonlarının fəal gəncləri ilə görüş keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.