“Son vaxtlar gənclər arasında koronavirusa yoluxma hallarının artmasının səbəbi havanın isinməsi və onların evdən kənarda daha uzun müddət vaxt keçirməsidir”.
Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Samir Əsgərov deyib.
O bildirib ki, gənclər arasında yoluxma artsa da, immun sistemi güclü olduğu üçün onlar xəstəliyi əksər hallarda yüngül və simptomsuz keçirir:
“Əvvəllər karantin olsa da, qış fəslində insanlar arasında təmaslar azalırdı. Lakin artıq fəsillə əlaqədar gənclər evdən kənarda daha çox vaxt keçirirlər və təmaslar artır. Həmçinin gənclər gigiyenik qaydalara riayət edilməsinə səhlənkarlıqla yanaşır və koronavirusa dırnaqarası xəstəlik kimi baxırlar”.