Gəncədən 5 nəfər məzun Prezident təqaüdünə layiq görülüb

Bildiyimiz kimi Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, 2021/2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcəkdir.

Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin məzunu Billurə Qəbədova də tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmişdir.  2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin məzunu Billurə Qəbədova Prezident təqaüdünə layiq görülüb.

Billurə ali məktəblərə qəbul imtahanlarında ümumillikdə 690,4 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
Qeyd edək ki, Gəncə şəhər ümumtəhsil məktəblərinin 2020-2021-ci tədris ilində məzun olmuş 5 nəfər Prezident təqaüdünə layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.