Gəncədə Vaqif Poeziya Günləri keçirilib

Azərbaycan ədəbiyyatının və poeziya ənənələrinin yaşadılması, zəngin milli-mədəni irsimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyan, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Vaqif Poeziya Günləri hər il olduğu kimi bu il də iyul ayının ikinci ongünlüyündə qeyd olunur. Festivalın rəsmi açılış mərasimi Molla Pənah Vaqifin doğulduğu Qazax rayonunda baş tutub.

Qazaxdan başlanan poeziya marafonu bu dəfə qədim Gəncənin zəngin mədəni mühitində davam edərək, söz və sənət sevərlərini bir araya gətirib.

Əvvəlcə şəhərin poeziyasevərləri üçün Mir Cəlal Paşayevin Ev Muzeyində “Poeziya saatı” təşkil olunub. Tədbirdə tanınmış yazıçı və şairlər çıxış edərək poeziyanın insan qəlbinə təsir gücündən, onun ruhun dərinliklərinə necə nüfuz etdiyindən danışıblar.

Daha sonra Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

“Vaqif Poeziya Günləri” bir daha göstərdi ki, söz və sənət insan ruhunun ən incə və gözəl ifadə vasitəsidir. Gəncədə keçirilən mərhələ həm də poeziyanın şəhərin mədəni həyatındakı əhəmiyyətini bir daha ortaya qoydu.

Qeyd edək ki, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə həyata keçirilən poeziya bayramı növbəti günlərdə Ağdam və Şuşa şəhərlərində davam etdiriləcək.  

Gəncədə Vaqif Poeziya Günləri keçirilib
Gəncədə Vaqif Poeziya Günləri keçirilib
Gəncədə Vaqif Poeziya Günləri keçirilib
Gəncədə Vaqif Poeziya Günləri keçirilib
Gəncədə Vaqif Poeziya Günləri keçirilib
Gəncədə Vaqif Poeziya Günləri keçirilib
Gəncədə Vaqif Poeziya Günləri keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.