Gəncədə “Son zəng” tədbirləri keçirilib

14 İyun 2025-ci il tarixində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri üzrə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirləri təşkil olunub.

Tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiqlənmiş təhkimçilik siyahısına əsasən İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən qonaqlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğıdan bəhs ediblər. Onlar məzunları təbrik edərək, müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində daha böyük uğurlara imza atmağı arzulayıblar.

Tədbir məzunların hazırladıqları musiqili kompozisiyalar və ədəbi-bədii çıxışlarla davam edib. Həmçinin tədris ili ərzində keçirilmiş müxtəlif müsabiqə və yarışlarda fərqlənmiş şagirdlərə “Fəxri fərman”, “Təşəkkürnamə” və diplomlar təqdim olunub.

Sonda ənənəvi olaraq “Son zəng” səsləndirilib.

Qeyd edək ki, bu il məktəbi bitirən məzunlar sırasında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin övladları da yer alıblar. Belə ki, 28 nömrəli tam orta məktəbin məzunu, şəhid Asəf Maşıyevin oğlu Maşıyev Əliheydər Asəf oğlu, 44 nömrəli ingilis dili təmayüllü məktəb-lisey kompleksinin məzunu, şəhid Seymur Allahverdiyevin qızı Allahverdiyeva Asudə Seymur qızı, həmçinin 8 nömrəli tam orta məktəbin məzunu, şəhid Cavid Əliyevin bacısı Əliyeva Mədinə Samir qızı 2024–2025-ci tədris ilində məktəbi uğurla başa vurublar. Hər üç şəhid 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıblar.

Məlumat üçün bildiririk ki, 2024–2025-ci tədris ilində Gəncə şəhəri üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 45 ümumtəhsil məktəbinin XI sinfini ümumilikdə 3758 nəfər məzun bitirib.

Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib
Gəncədə “Son zəng” tədbirləri keçirilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.