Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub

Yeni tədris ilinin başlanması münasibətilə YAP Gəncə şəhər təşkilatı tərəfindən 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin birinci sinfə qədəm qoyan övladlarına məktəb ləvazimatları hədiyyə olunub.

Bu münasibətlə təşkil olunan görüşdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Vətən müharibəsi şəhidlərinin birinci sinfə gedən övladları və onların ailələri iştirak ediblər.

Əvvəlcə ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin övladlarına göstərilən diqqət və qayğıdan bəhs olunub. Bildirilib ki, bu övladlar daim dövlətin diqqət mərkəzindədir. Yeni dərs ilinin başlanması münasibətilə birinci sinfə gedən şəhid övladları təbrik edilib.

Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub
Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub
Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub
Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub
Gəncədə şəhid övladlarına məktəb ləvazimatları təqdim olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.