F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə respublikamızda “Nizami Gəncəvi ili” ilə əlaqədar noyabr ayının 15-dən 26-dək keçirilən Nizami Gəncəvi Beynəlxalq Festivalı çərçivəsində Gəncə Regional Mədəniyyət İdarəsi dəstəyi ilə Gəncə şəhər Uşaq Rəssamlıq və İncəsənət Məktəblərinin şagird və müəllimlərinin Nizami Gəncəvinin “Xəmsə”si motivində 70-dən çox rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Sərgidən sonra Gəncə Regional Mədəniyyət İdarəsi rəisi Vasif Cənnətov noyabr ayının 18-də Gəncənin Heydər Əliyev meydanında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş fləşmobda təşkilatçı qismində iştirak edən Gəncə Maarif Evi İB-in könüllü gənclərinə regional idarənin fəxri fərmanını təqdim etmişdir.