Gəncədə “İrəvan” Xalq Çalğı Alətləri ansamblının konserti keçirilib

Gəncədə “İrəvan” Xalq Çalğı Alətləri ansamblının konserti keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər təşkilatının binasında “İrəvan” Xalq Çalğı Alətləri ansamblının konserti keçirilib.

Konsertdə ADAU-nun rektoru Zəfər Qurbanov, Milli Məclisinin deputatları Məlahət İbrahimqızı, Mahirə Hüseynova və Pərvin Kərimzadə, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Ansamblın bədii rəhbəri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Maya Qafarova rəhbərliyi, konsertmeyster Orxan Qəhrəmanov və solistlər Nərmin Mirzəyeva və Rəis Niftəliyevin müşayiəti ilə “İrəvanda xal qalmadı”, “Sonalar kimi”, “Bu qız İrəvanlıdır”, “Zəngəzur butası”, “Göyçə gülü” və “Gümrünün faytonları” kimi qədim xalq mahnılarının səsləndiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.