Gəncədə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olunub

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi Gəncə regional mərkəzinin rəis müavinləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, nazirliyin Gəncə şəhərində fəaliyyət göstərən digər yerli qurumlarının rəhbərləri və kollektivləri Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət  edib, önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Nazirlik ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.