Gəncədə “Çölün ruhu” adlı konsert proqramı keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Füzuli günləri” layihəsi çərçivəsində “Çölün ruhu” xor musiqisi konserti baş tutub.

Etmtv. news xəbər verir ki, konsertdə Q.Jubanova adına Aktobe Vilayət Filarmoniyasının Qazax Kamera Xoru və M.Maqomayev adına Azərbaycan Dövlət Xorunun ifasında Axmet Jubanov “Karlıqaş” II nəşr, Corc Hendel “Hallelujah”, Estai “Kusni Korlan”, Jayau Musa “Ak Sisa”, “Bayatı-Şiraz” xor muğamı, Cahangir Cahangirov “Füzuli” kantatası III hissə, qazax və Azərbaycan xalq mahnıları səsləndirilib.

Qeyd edək ki, Qazax Kamera Xorunun bədii rəhbəri, dirijor Merbol Kuspanov, xormeysterlər Leyla Kuschanova və Madi Abışev, müşayiətçi “Eren Enbegi Uşin” dövlət mükafatları laureatı Dina Niyazova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xorunun bədii rəhbəri Xalq artisti Gülbacı İmanova, müşayiətçilər Elxan Niftiyev, Nərmin Rzayevadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.