Gəncə Şəhər Ağsaqqallar Şurasının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Təhsil, Mədəniyyət, Gənclər və İdman İdarələrinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin Azərbaycan elminə və mədəniyyətinə qayğısına rəğmən, kreativ, talantlı Gənclərin üzə çıxarılması, incəsənətə və idmana cəlb edilməsi, yaradıcılıq potensialını daha da inkişaf etdirilməsi məqsədilə “Bilik və Mədəniyyət” mövzusu adlı Turnir yarışlarına yekun vurulmuşdur. Patriot News.az xəbər verir ki ,tədbirin əvvəlində Dövlət Himni səsləndirilmişdir. Sonra, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən əziz Şəhidlərimizin və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov iştirakçıları salamladıqdan sonra, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi haqqında ətraflı söhbət açmışdır.Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin banisi olduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyub. Çıxışının sonunda, praqmatik Dövlət başçısı cənab İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib, ən xoş arzularını çatdırıb.Gəncə Ağsaqqallar Şurasının sədri Nürəddin Məmmədov bu gün gənclərin tam dövlət qayğısı ilə əhatə olduğundan söhbət açmışdır.Bildirmişdir ki, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, yaradılan maksimum şərait bu sahəyə diqqət və qayğının bariz nümunəsidir. Çıxışının sonunda, ölkə Prezidenti cənab İlham Əliyevi bütün Ağsaqqallar və ziyalılar adından doğum günü münasibətilə təbrik edib. Sonra, Turnirin qalibləri elan olunmuşdur.Gəncə Şəhər İdman Liseyi 1-ci yeri, Gəncə Şəhər 11 saylı məktəb 2-ci yeri, Gəncə Şəhəri 5 saylı Musiq məktəbi isə 3-cü yeri tutmuşdur.Qaliblər “DİPIOM”a layiq görülmüşdür. Eyni zamanda fəal gənclərə “Təşəkkürnamə”lər təqdim olunmuşdur. Musiqi ansamblının müşayiəti ilə gənclərin qədim sənət nümunələri peşəkarlıqla ifa və rəqs olunmuş, iştirakçıların könlünü oxşamış, tədbirə yüksək ovqat bəxş etmişdir.
Zabit XƏLİLOV