Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü ilə 3 dekabr “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili və idmana marağın artırılması məqsədilə “Şən startlar” adlı əyləncəli idman yarışı keçirilib.
Gəncə şəhəri 28 nömrəli tam orta məktəbin idman zalında keçirilən tədbirin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra tədbirdə çıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin İdman sektorunun müdiri Vüqar Xəlilov tədbir iştirakçılarını salamlamış və yarış iştirakçılarına uğurlar arzulayıb.
Tədbirin keçirilməsində əsas məqsəd fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası və onlara olan diqqətin artırılması olmuşdur.
Maraqlı keçən yarışın sonunda fəal iştiraklarına görə uşaqların hər biri diplom və medallarla təltif olunublar.