Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş “İdman hamı üçün” lahiyəsi çərçivəsində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Xan Bağı Parkında ” Atıetika hamı üçün” əyləncəli İdman tədbiri həyata keçirilmişdir.
Tədbirdə müxtəlif musiqili-nümunəvi çıxışlar təqdim edilib. Əsasən Gəncə Uşaq Evinin, şəhid ailələrinin uşaqları, aztəminatlı ailələrin uşaqları və Gəncədə yerləşən idman məktəblərinin şagirdləri proqrama qoşularaq, Gəncədə fəaliyyət göstərən Atletika idman növü üzrə məşqçi-müəllimlərin rəhbərliyi altında isinmə hərəkətləri, manelər zolağından keçmə və digər əyləncəli nümunələrlə tədbirdə iştirak ediblər. Baş İdarə tərəfindən əyləncəli idman tədbirinin iştirakçılarına sertifikat təqdim olunub.
Qeyd edək ki, əyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında bədən tərbiyəsinin kütləviliyinin və idmana marağın artırılması, atletika idman növünün tanıdılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.