Tədbirdə kollecin direktoru Mehman Rzayev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gəncə Şəhər İcra Hakimiyyətinin məsuul əməkdaşı Yadigar Bədəlov, Gəncə Gənclər Evinin rəhbəri Amil Qurbanov, müəllim və tələbə kollektivi iştirak ediblər.
Kollecin direktoru Mehman Rzayev gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov tələbə özünüidarə orqanının fəaliyyətinin əhəmiyyətini vurğulamış, ölkəmizdə gənclərə və təhsilə göstərilən dövlət qayğısından bəhs edib.
Daha sonra çıxış edən natiqlər bildirilib ki, Tələbə Gənclər Təşkilatı onları maraqlandıran məsələləri təhsil ocağının rəhbərliyi qarşısında qaldırmağı, eyni zamanda, onların həyata keçirilməsində yaxından iştirak etməyi bacarmalıdır. Tələbələr gənclər təşkilatının fəaliyyətinə qoşulmaqla həyatlarını daha maraqlı və zəngin edəcək, dünyagörüşlərini artıracaqlar.
Kollecin Tələbə Gənclər Təşkilatının sədri Ləman Cahangirli görülən işlər haqqında məruzə ilə çıxış ediblər. Tələbə Gənclər Təşkilatının son illərdəki fəaliyyəti uğurlu hesab olunub.
Daha sonra seçkilər keçirilib. Aysun Abbasova təşkilatın yeni sədri və 11 nəfərdən ibarət idarə heyəti seçilib.