Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin tamamilə yenilənməsi planlaşdırılır

Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin tamamilə yenilənməsi planlaşdırılır

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun üçün zəruri vəsait ayrılıb: “Gəncədə avtobusların yenilənməsi və qarajların yenidən qurulması təmin ediləcək. Lakin bu kifayət etmir. Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi digər şəhərlərimizdə – Naxçıvan, Mingəçevir, eləcə də işğaldan azad olunmuş ərazilərdə ictimai nəqliyyatın təşkili ilə bağlı məsələlərlə məşğul olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.