Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin 60 illik yubileyi qeyd olunub

Gəncə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Uşaq Musiqi Məktəbinin 60 illik yubiley tədbiri keçirilib.
Məktəbin direktoru Qahirə Məmmədova yubiley iştirakçılarını salamladı.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi, Respublikanın Əməkdar Mədəniyyət işçisi Sənan Hacıyev çıxış edərək yubiley münasibəti ilə məktəbin pedaqoji kollektivini, şagirdləri təbrik edib, onlara musiqi təhsilində böyük uğurlar arzulayıb. O, mədəniyyətimizə, incəsənətimizə diqqət və qayğı göstərdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və I Vitse – Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya səmimi minnətdarlığını bildirib.
Sənan Hacıyev Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin xidmətini də xüsusi vurğulayıb.
Sonra məktəbin yarandığı gündən bu günədək keçdiyi inkişaf yolundan bəhs edən slayd nümayiş etdirildi. Yubiley münasibəti ilə hazırlanmış maraqlı konsert proqramı iştirakçılara təqdim olundu.
Daha sonra məktəbdə uzun müddət çalışan, gənc nəslin musiqi təhsilində öz qüvvə və bacarığını əsirgəməyən qocaman müəllimlərə fəxri fərmanlar təqdim olunub.
Yubiley tədbiri böyük ruh yüksəkliyi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.