Mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi. Pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış oldu.
Bildiyimiz kimi, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilmiş, sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirmişdi. Mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilmişdir.
30 iyun tarixinədək davam edən “Yay məktəbi” ərzində Gəncə şəhərində də dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilmişdi.
Artıq “Yay məktəbi” sona çatıb. Bununla əlaqədar Gəncə şəhər ümumtəhsil məktəblərində də “Yay məktəbi” nin bağlanış tədbiri keçirilib.
Tədbirdə Gəncə Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev də iştirak edib. Tədbir maraqlı anlarla yadda qalıb.
Həmin anları özündə əks etdirən fotoları sizə təqdim edirik: