Gəncə şəhər rəhbərliyi Milli Qəhrəmanın anasını səhhəti ilə bağlı ziyarət edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımova ilə görüşüb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Niyazi Bayramov Dursun xanımı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bildirib ki, xalqımız həm I Qarabağ savaşında, həm də Vətən müharibəsində qəhrəmanlıq göstərərək, adını tarixə yazdıran igid oğullarımızla fəxr edir. Şəhər rəhbəri Natiq Qasımovun da məhz belə qəhrəman övladlardan və  Azərbaycanın şanlı tarixində iz qoyan igidlərdən biri olduğunu vurğulayıb. Bununla yanaşı, Niyazi Bayramov Dursun xanımın səhhəti və müalicəsi ilə də maraqlanıb. 

Milli Qəhrəmanın anası övladının əziz xatirəsinə, o cümlədən şəhid ailələrinə, müharibə iştirakçılarına  göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyev Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı Sərəncam imzalayıb. 25 İyun 2024-cü il tarixli Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Niyazi Bayramov Zəfər Günündə Milli Qəhrəmanın anasını səhhəti ilə bağlı ziyarət edib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.